“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi dəqiqləşib

“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi dəqiqləşib
# 18 iyul 2022 14:08 (UTC +04:00)

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytı xəbər verir ki, bu turnirdəki təmsilçimiz “Qarabağ”ın potensial rəqibi müəyyənləşib.

II raundda “Sürix”lə qarşılaşacaq Azərbaycan çempionu İsveçrə klubunu məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ” – “Sürix” cütünün güclüsü ilk görüşü evdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab görüşləri isə 9-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR