Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Qətərli iş adamları “Liverpul”u ala bilərlər
# 16 yanvar 2023 13:02 (UTC +04:00)

İngiltərənin “Liverpul” klubunu qətərli iş adamları ala bilərlər.

Apasport.az saytı xəbər verir ki, “Fenway Sports Group” klubu satmağa hazır olduğunu açıqladığından asiyalılar komandanı almaq üçün araşdırmalara başlayıblar.

Məhz yekun qərardan sonra qətərlilərin Mersisayd təmsilçisi ilə bağlı qərarlarını açıqlayacaqlar.

Qeyd edək ki, "Liverpul" Premyer Liqada 18 oyundan sonra 28 xalla 9-cu pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR