Ramin Musayev: “Gedənin arxasınca danışmazlar”

Ramin Musayev: “Gedənin arxasınca danışmazlar”
# 15 iyul 2022 15:30 (UTC +04:00)

“Hakimliklə bağlı məsələlərə görə AFFA-nı günahlandırmaq lazım deyil ki, əcnəbi gəldi, hakimliyimizi dağıtdı”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

O, Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün püşkatma mərasimində hakimliklə bağlı düşüncələrini bölüşüb: “Bəzi hakimlərimizi itirdik. Məsələn, Rəhim Həsənov FIFA referisi ola-ola hakimlikdən uzaqlaşdırıldı. Səbəbi bəlli deyil. Gedənin arxasınca danışmazlar, buna da şükür. Ştuxlikin yerinə türkiyəli qardaşımız gəldi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR