Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək
# 05 yanvar 2023 10:38 (UTC +04:00)

Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubuna transfer edilən Kriştiano Ronaldo iki oyunda komandasına kömək edə bilməyəcək.

Apasport.az xəbər verir ki, bunun səbəbi portuqaliyalı futbolçunun İngiltərədə “Mançester Yunayted” komandasında çıxış edərkən aldığı cəzadır.

“Qırmızı şeytanlar”ın “Everton”la oyununda tunelə doğru hərəkət edən futbolçu bir azarkeşinin əlinə sərt bir şəkildə vurmuşdu. Əlindəki telefonu yerə düşüb qırılan bu fanat Ronaldonun üzrxahlığını qəbul etməmişdi.

Bu hadisəyə görə iki oyunda oynamamaq cəzası alan Portuqaliya millisinin kapitanı “Əl Tai” və “Əl Şabab”la oyunlarda iştirak etməyəcək. Portuqaliyalı ulduzun yanvarın 21-də “Əl İttifaq”a qarşı matçda oynayacağı gözlənilir.

Qeyd edək ki, Ronaldo “Mançester Yunayted”dən qalmaqallı bir şəkildə ayrılaraq “Əl-Nəsr”lə müqavilə imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR