Ronaldo: “Vircil van Deyk mükafata Messi ilə müqayisədə daha çox layiqdir”

Ronaldo: “Vircil van Deyk mükafata Messi ilə müqayisədə daha çox layiqdir”
# 24 sentyabr 2019 10:04 (UTC +04:00)

“İlin ən yaxşı futbolçusu mükafatına kim layiq idi? Ola bilər ki, van Deyk”.

APA-nın məlumatına görə, bunu Braziliya millisinin sabiq futbolçusu Ronaldo deyib.

“Yekədiş” ləqəbli veteran hücumçu Lionel Messinin FİFA tərəfindən ən yaxşı futbolçu mükafatına layiq görülməsinə münasibət bildirib. Ronaldo argentinalının deyil, Vircil van Deykin bu ada layiq olduğunu qeyd edib: “Vircil inanılmaz futbolçudur. O, ötən mövsümdə yaxşı çıxış edib. Buna görə də düşünürəm ki, van Deyk mükafata Messi ilə müqayisədə daha çox layiqdir”.

Qeyd edək ki, van Deyk səsvermədə 2-ci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR