Tanınmış futbol agenti Mino Rayola ölüb

Mino Rayola

© APA | Mino Rayola

# 30 aprel 2022 18:33 (UTC +04:00)

Tanınmış futbol agenti Mino Rayola vəfat edib.

Apasport.az saytının məlumatına görə, o, 55 yaşında ölüb.

Bu barədə menecerin ailəsi məlumat yayıb. Rayola uzun müddət davam edən xəstəlikdən dünyasını dəyişib. O, ağciyərlərindəki xəstəlikdən vəfat edib. Rayola Pol Poqba, Erlinq Haland və Zlatan İbrahimoviç daxil olmaqla 20-dən çox futbolçunun agenti idi.

Qeyd edək ki, iki gün əvvəl Mino Rayolanın ölüm xəbəri yayılsa da, sonradan təkzib olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR