“Turan Tovuz” “Dinamo” Tbilisi ilə qarşılaşacaq

“Turan Tovuz” “Dinamo” Tbilisi ilə qarşılaşacaq
# 23 iyul 2022 12:26 (UTC +04:00)

Gürcüstanda təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz”un yoxlama görüşündəki rəqibləri müəyyənləşib.

Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, bölgə təmsilçisi 3 sınaq matçında çıxış edəcək.

Premyer Liqanın debütantı yerli komandalarla qarşılaşacaq. Komanda iyulun 23-də “Merani” (17:00), 27-də Tbilisi “Dinamo”su (20:00), 29-da isə “Qaqra” (17:00) ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqada ilk oyununu evdə “Qəbələ”yə qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR