UEFA “Fənərbaxça” azarkeşlərinin Putinin lehinə şüarı ilə bağlı intizam işi açıb

UEFA “Fənərbaxça” azarkeşlərinin Putinin lehinə şüarı ilə bağlı intizam işi açıb
# 28 iyul 2022 18:58 (UTC +04:00)

UEFA “Fənərbaxça” azarkeşinin Rusiya Prezidenti Vladimir Putinin lehinə səsləndirdiyi şüarla bağlı araşdırmaya başlayıb.

APA xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Bildirilib ki, UEFA azarkeşlərin "davranış”ı səbəbi ilə intizam işi açıb.

Qeyd edək ki, ötən gün İstanbulda UEFA Çempionlar Liqasının II mərhələsində “Fənərbaxça” azarkeşləri Kiyev “Dinamo”su ilə matçda qonaqların qələbə qolundan sonra (1:2) Rusiya Prezidenti Vladimir Putinin lehinə şüar səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR