UEFA Konfrans Liqasında finalçılar bəlli olub

UEFA Konfrans Liqasında finalçılar bəlli olub
# 06 may 2022 01:05 (UTC +04:00)

Futbol üzrə UEFA Konfrans Liqasında finalçılar bəlli olub.

APA xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunlarında İtaliyanın "Roma" və İngiltərənin "Lester" klubları üz-üzə gəlib.

Oyun 1:0 hesabı ilə İtaliya təmsilçisinin xeyrinə bitib.

İlk qarşılaşmada heç-heçə qeydə alındığından, "Roma" iki oyunun nəticəsinə əsasən mərhələ adlayıblar.

Gecənin digər oynu Fransada "Marsel" klubu ilə Niderland təmsilçisi "Feyenoord" arasında baş tutub.

Bu oyunda qapılara qol vurulmayıb.

İlk qarşılaşmada 3:2 hesablı qələbə qazandığından Rotterdam təmsilçisi finala yüksəlib.

Beləliklə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq final qarşılaşması "Roma" və "Feyenoord" arasında olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR