“Valensiya” Türkiyə yığmasının futbolçusunu transfer edib

“Valensiya” Türkiyə yığmasının futbolçusunu transfer edib
# 09 iyun 2023 12:24 (UTC +04:00)

“Valensiya” türkiyəli futbolçu Cenk Özkacarı transfer edib.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

22 yaşlı müdafiəçini ötən mövsüm “Lion”dan icarəyə götürən “yarasalar” futbolçunun alınması ilə bağlı bəndi aktivləşdirib. Ötən mövsüm “Valensiya”da 21 oyun keçirən Cenklə yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, müdafiəçi Türkiyə yığmasında 3 matç keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR