"Zirə" perulu müdafiəçi ilə güclənib

"Zirə" perulu müdafiəçi ilə güclənib
# 14 avqust 2019 20:24 (UTC +04:00)

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

APA-nın məlumatına görə, Bakı təmsilçisi Alvaro Ampuero ilə anlaşıb.

27 yaşlı müdafiəçi “Universidad San Martín” klubundan 1 illik icarəyə götürülüb.

Perulu futbolçu bundan öncə “Universitario de Deportes”(Peru), “Parma” (İtaliya), “Padova” (İtaliya), “Salernitana” (İtaliya) və “Universidad San Martín” (Peru) klublarında çıxış edib.

Qeyd edək ki, Ampeuro Peru yığmasının heyətində 9 oyunda meydana çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR