AFFA-nın Texniki direktoru Bernhard Lippertin müqavilə müddəti başa çatıb.
Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb.
Lippertlə vidalaşan qurum texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə edib.
Qeyd edək ki, 2008-ci ildən ölkəmizdə fəaliyyət göstərən Bernhard Lippert U-19 və U-21 yığmalarımıza da rəhbərlik edib.