AFFA "Qəbələ"nin futbolçusunu cəzalandırıb

AFFA "Qəbələ"nin futbolçusunu cəzalandırıb
# 22 dekabr 2020 13:19 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XII turunun oyunlarında baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib.

“Qəbələ” – “Qarabağ” görüşündə oyun öncəsi yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub. Meydan sahiblərinin futbolçusu Rövlan Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub 200 manat cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR