Bank Of Baku

AFFA hakimi döyən məşqçini 1 illik cəzalandırıb

AFFA hakimi döyən məşqçini 1 illik cəzalandırıb
# 26 noyabr 2019 14:00 (UTC +04:00)

Saatlının “Təhsil” klubunun U-12 komandasının məşqçisi Mənəf Məmmədov cəzalanıb.

Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi çalışdırıcını 12 ay yarışlardan kənarlaşdırılıb.

Məşqçinin belə ağır cəza almasına U-12 Liqasının, “Ağsu” – “Təhsil” qarşılaşmasındakı davranışı səbəb olub. Hakimə qarşı təhqiredici ifadələr işlədən M.Məmmədov ona fiziki təzyiq göstərib. Hakimin döyülməsini araşdıran komitə ona belə cəza verməyi məqsədəuyğun sayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR