AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuzlik növbəti təyinat alıb.
Apasport.az saytının məlumatına görə, avstriyalı Çempionlar Liqasının qrup mərhələsinin oyununda iş başında olacaq.
O, “Atletiko” (İspaniya) – “Bavariya” (Almaniya) oyununun hakim-inspektoru vəzifəsini yerinə yetirəcək. Bu matç dekabrın 2-də Madriddə keçiriləcək.