Almaniyada Azərbaycan klubu fəaliyyətə başlayıb

Almaniyada Azərbaycan klubu fəaliyyətə başlayıb
# 17 fevral 2020 11:45 (UTC +04:00)

Almaniyanın Köln şəhərində Azərbaycan futbol klubu fəaliyyətə başlayıb.

Apasport.az saytının məlumatına görə, bir müddət öncə yaradılan “Naxçıvan-Köln”ün təqdimat mərasimi təşkil olunub.

Klubun bazasında baş tutan tədbirdə Türkiyə və Azərbaycanın idman sahəsində işbirliyinin önəmi vurğulanıb. “Naxçıvan-Köln”ın prezidenti Aydın Karaca Almaniyada yeganə Azərbaycan komandasının fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. O, əsas məqsədlərinin uşaq futboluna diqqət ayırmaq və səviyyəli gənc oyunçular yetişdirmək olduğunu söyləyib.

Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri və “Naxçıvan-Köln” klubunun vitse-prezidenti Rəşad Quliyev Avropada Azərbaycanın futbol klubu olmadığı üçün bu qərarı verdiklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR