Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları başlayır

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları başlayır
# 26 fevral 2020 15:04 (UTC +04:00)

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Apasport.az saytının məlumatına görə, 1/8 finalın ilk iştirakçısı Portuqaliyada bəlli olacaq.

Braqa “Reyncers”dən Şotlandiyadakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Digər 15 cüt isə sabah üz-üzə gələcək.

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun da sifariş vərəqində olduğu İngiltərə “Vulverhempton”u İspaniyada “Espanyol”la görüşəcək. Evdə 4 cavabsız qolla qalib gələn britaniyalılar möcüzənin baş verməməsi üçün meydana çıxacaq.

Qonşu Türkiyənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Başakşəhər” evdə çətin vəzifənin öhdəsindən gəlməlidir. Portuqaliyada “Sportinq”ə uduzan İstanbul təmsilçisi iki top fərqli məğlubiyyətin qisasını almalıdır.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması fevralın 28-də, oyunları isə martın 12-də və 19-da keçiriləcək.

Avropa Liqası
1/16 final, cavab oyunları
26 fevral
21:00, “Braqa” (Portuqaliya) - “Reyncers” (Şotlandiya)

İlk oyun – 2:3

27 fevral
21:55. “Gent” (Belçika) - “Roma” (İtaliya)

İlk oyun – 0:1
21:55. “Malmö” (İsveç) - “Volfsburq” (Almaniya)
İlk oyun – 1:2
21:55. LASK (Avstriya) - “Alkmar” (Hollandiya)
İlk oyun – 1:1
21:55. “Bazel” (İsveçrə) - APOEL (Kipr)
İlk oyun – 3:0
21:55. “Portu” (Portuqaliya) - “Bayer” (Almaniya)
İlk oyun – 1:2
21:55. “Espanyol” (İspaniya) - “Vulverhempton” (İngiltərə)
İlk oyun – 0:4
21:55. “Başakşəhər” (Türkiyə) - “Sportinq” (Portuqaliya)
İlk oyun – 1:3
00:00. “Benfika” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna)
İlk oyun – 1:2
00:00. “Zalsburq” (Avstriya) - “Ayntraxt” (Almaniya)
İlk oyun – 1:4
00:00. “İnter” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan)
İlk oyun – 2:0
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Brügge” (Belçika)
İlk oyun – 1:1
00:00. “Arsenal” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan)
İlk oyun – 1:0
00:00. “Sevilya” (İspaniya) - ÇFR (Rumıniya)
İlk oyun – 1:1
00:00. “Seltik” (Şotlandiya) - “Kopenhagen” (Danimarka)
İlk oyun – 1:1
00:00. “Ayaks” (Hollandiya) - “Xetafe” (İspaniya)
İlk oyun – 0:2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR