Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb
  • Clock-gray 16:16
  • calendar-gray 28 Fevral 2020

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə gələn ay üz-üzə gələcək 8 cütlük müəyyənləşib.

Onlardan birində bu gün üz-üzə gələcək “Zalsburq”la “Ayntraxt” arasında duelin qalibinin rəqibi müəyyənləşib. Digər 7 cütdə isə hər iki komanda artıq bəllidir.

Qonşu Türkiyənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Başakşəhər” də rəqibini tanıyıb. İstanbul klubu 1/8 finalda “Kopenhagen” ilə görüşəcək. İlk matç evdə təşkil olunacaq.

Qeyd edək ki, 1/8 finalın oyunları martın 12-də və 19-da keçiriləcək.

Avropa Liqası
1/8 final

“Başakşəhər” (Türkiyə) - “Kopenhagen” (Danimarka)
“Olimpiakos” (Yunanıstan) - “Vulverhempton” (İngiltərə)
“Reyncers” (Şotlandiya) - “Bayer” (Almaniya)
“Volfsburq” (Almaniya) - “Şaxtyor” (Ukrayna)
“İnter” (İtaliya) - “Xetafe” (İspaniya)
“Sevilya” (İspaniya) - “Roma” (İtaliya)
“Zalsburq” (Avstriya) / “Ayntraxt” (Almaniya) cütünün qalibi - “Bazel” (İsveçrə)
LASK (Avstriya) - “Mançester Yunayted” (İngiltərə)

ApaSport

Digər xəbərlər

Arxiv

date