Azarkeşlər bazaya hücum çəkib, futbolçular canlarını güclə qurtarıb - VİDEO

Azarkeşlər bazaya hücum çəkib, futbolçular canlarını güclə qurtarıb - VİDEO
# 21 aprel 2021 14:37 (UTC +04:00)

Almaniya Bundesliqasının XXX turunda “Arminiya”ya 0:1 hesabı ilə məğlub olan “Şalke” 33 ildən sonra elitanı tərk edib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra Gelzenkirxen klubunun futbolçuları xoşagəlməz sürprizlə qarşılaşıb.

Oyunçular görüşdən sonra bazaya qayıtmaqlarına peşman olublar. Çünki “Şalke” azarkeşləri gecə vaxtı bazaya girərək oyunçulara hücum çəkiblər. “Şalke” futbolçuları canlarını qaçaraq qurtarıblar.

Qeyd edək ki, Bundesliqada sona 4 tur qalmış “Şalke” 13 xalla axırıncı yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR