Azərbaycan Premyer Liqasında mövsümün püşkü atılacaq

Azərbaycan Premyer Liqasında mövsümün püşkü atılacaq
# 12 avqust 2020 00:00 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkü atılacaq.

Apasport.az saytının məlumatına görə, püşkatma mərasimi AFFA-nın inzibati binasında keçiriləcək.

Klub və KİV nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlanacaq. Püşkatma zamanı yeni mövsümün 1-ci turunda qarşılaşacaq cütlər müəyyənləşəcək.

Qeyd edək ki, 4 dövrədən ibarət olacaq 2020/21 mövsümündə Premyer Liqada 8 klub - "Qarabağ", "Neftçi", "Keşlə", "Sumqayıt", "Zirə", "Sabah", "Səbail" və "Qəbələ" mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR