Azərbaycan futbol millisinin baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilib

Azərbaycan futbol millisinin baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilib
# 13 dekabr 2019 12:17 (UTC +04:00)

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç vəzifəsindən azad edilib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin iclasında verilib.

Millinin AVRO-2020-nin seçmə mərhələsindəki çıxışını müzakirə edən komitə üzvləri baş məşqçinin hesabatını dinləyib. Tsikli uğursuz sayan qurum bu ilin əvvəlindən yığmanı çalışdıran xorvatiyalı mütəxəssisin işini qeyri-qənaətbəxş hesab edib. Bu səbəbdən müqaviləsi fevralda başa çatacaq mütəxəssis istefaya göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR