Azərbaycan kubokunda ilk yarımfinal cütlüyü müəyyənləşib

Azərbaycan kubokunda ilk yarımfinal cütlüyü müəyyənləşib
# 06 fevral 2021 20:03 (UTC +04:00)

Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk cütlüyü bəlli olub.

Apasport.az saytının məlumatına görə, buna 1/4 final mərhələsinin ilk iki cavab görüşündən sonra aydınlıq gəlib.

“Qəbələ” ilə dueldə sensasiyaya imkan verməyən “Qarabağ” ilk yarımfinalçı olub. Ağdamlıların bu mərhələdəki rəqibi isə "Səbail"i üstələyən "Sumqayıt" olacaq. “Qarabağ”la rəqibi arasında finala vəsiqə uğrunda matçlar 21-29 apreldə keçiriləcək.

Qeyd edək ki, fevralın 7-də 1/4 final mərhələsinin daha iki oyunu (“Kəpəz” – “Keşlə”, “Zirə” – “Neftçi”) keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR