Azərbaycan millisi İspaniya ilə oynayacaq

Azərbaycan millisi İspaniya ilə oynayacaq
# 09 dekabr 2020 14:21 (UTC +04:00)

19 yaşadək futbolçular arasında Avropa çempionatının 2021/22 mövsümünün seçmə mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası 8-ci qrupda mübarizə aparacaq.

Yığmamız İspaniya, Belçika və Lüksemburqla rəqib olub. Seçmə mərhələnin bu qrupunun ev sahibi hələ dəqiqləşməyib. Oyunlar gələn il avqustun 30-dan noyabrın 16-na qədər olan müddətdə keçiriləcək.

13 qrupun hərəsində ilk 2 pillənin sahibi və 3-cü yer sahiblərindən ən yaxşısı elit-raunda yüksələcək. Portuqaliya birbaşa elit-raunda qoşulacaq.

Qeyd edək ki, final mərhələsi 2022-ci ilin yayında Slovakiyada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR