“Barselona” zədəli Pikeni əvəz etmək üçün karyerasını bitirən futbolçuya təklif gəndərib

“Barselona” zədəli Pikeni əvəz etmək üçün karyerasını bitirən futbolçuya təklif gəndərib
# 24 noyabr 2020 14:41 (UTC +04:00)

İspaniyanın “Barselona” klubu müdafiəçi axtarışına çıxıb.

Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi zədələnərək uzunmüddətli sıradan çıxan Jerar Pikenin boşluğunu doldurmaq üçün bir neçə oyunçu ilə danışığa başlayıb.

Maraqlıdır ki, ispanlar uzun illər bu komandanın formasını geyinmiş Xavyer Maskerano ilə də əlaqə saxlayıblar. Klub rəhbərliyi “Estudiantes”dən yenicə ayrılan və karyerasını bitirdiyini açıqlayan argentinalıya mövsümün sonuna qədər Pikeni əvəz etməyi təklif edib. Lakin 36 yaşlı sabiq müdafiəçinin cavabı “yox” olub.

Qeyd edək ki, Xavyer Maskerano 2010-2018-ci illərdə “Barselona”nın formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR