“Bavariya” Çempionlar Liqasında yeni rekord vurub

“Bavariya” Çempionlar Liqasında yeni rekord vurub
# 04 noyabr 2020 09:55 (UTC +04:00)

Çempionlar Liqasında yeni rekord qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Almaniyanın “Bavariya” klubu son 15 dəqiqədə 4 qol vuran ilk komanda olub.

Çempionlar Liqasının son qalibinə qədər heç bir komanda son 15 dəqiqədə bu qədər qol vurmayıb. Münhen təmsilçisi buna Avstriya “Zalsburq”u ilə qarşılaşmada imza atıb. Bundesliqa klubu 6:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 3 oyunda 3 qələbə qazanan “Bavariya” A qrupunun lideridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR