“Bavariya” əzmkar qələbə qazanıb, “Volfsburq” ilk məğlubiyyətini alıb

“Bavariya” əzmkar qələbə qazanıb, “Volfsburq” ilk məğlubiyyətini alıb
# 17 dekabr 2020 01:28 (UTC +04:00)

Almaniya Bundesliqasında XII tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, liderlər qrupundakı komandalar aktivlərinə növbəti qələbəni yazdırıblar.

Son çempion “Bavariya” iddialılardan “Volfsburq”u sınağa çəkib. Bu oyuna kimi Bundesliqada məğlubiyyət üzü görməyən Oliver Qlasnerin yetirmələrinin uğurlu seriyası Münhen səfərində qırılıb. Robert Levandovskinin dublu “Bavariya”ya 3 xal qazandırıb.

Uduzmayan yeganə komanda olan “Bayer” isə “Köln”ün qonağı olub. Rəqibini darmadağın edən leverkuzenlilər zirvədəki mövqeyini qoruyub.

“Hoffenheym”la səfərdə qarşılaşan “Leypsiq” də turu itkisiz başa vurub.

Bu matça qədər qələbə üzü görməyən “Şalke” turnir cədvəlinin autsayderlərindən “Frayburq” önündə də çarəsiz qalıb.

Qeyd edək ki, XIII turun oyunları 18-20 dekabrda keçiriləcək.

Almaniya Bundesliqası
XII tur
16 dekabr
“Şalke” – “Frayburq” – 0:2

Sallai, 50, 68
“Arminiya” – “Auqsburq” – 0:1
Quveleu, 85
“Bavariya” – “Volfsburq” – 2:1
Levandovski, 45+1, 50 – Filipp, 5
“Köln” – “Bayer” – 0:4
Veiser, 8, Diabi, 10, Şik, 54, Virtz, 59
“Hoffenhaym” – “Leypsiq” – 0:1
Poulsen, 60

1

Bayer

12

8

4

0

27-10

28

2

Bavariya

12

8

3

1

37-18

27

3

Leypsiq

12

8

3

1

24-9

27

4

Borussiya D.

12

7

1

4

25-16

22

5

Volfsburq

12

5

6

1

19-13

21

6

Union

12

4

6

2

25-17

18

7

Ştutqart

12

4

6

2

26-19

18

8

Borussiya M.

12

4

6

2

23-20

18

9

Auqsburq

12

4

4

4

15-17

16

10

Ayntraxt

12

2

8

2

19-22

14

11

Frayburq

12

3

5

4

16-22

14

12

Herta

12

3

4

5

19-20

13

13

Hoffenhaym

12

3

3

6

19-22

12

14

Verder

12

2

5

5

15-21

11

15

Köln

12

2

4

6

13-21

10

16

Arminiya

12

2

1

9

8-23

7

17

Maynz

12

1

3

8

12-25

6

18

Şalke

12

0

4

8

8-35

4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR