Almaniyalı məşqçi Bernd Ştangenin Azərbaycana gəlmək planını koronavirus pandemiyası pozub.
Apasport.az saytının məlumatına görə, bunu 72 yaşlı mütəxəssis özü yerli mətbuata açıqlamasında deyib.
Son iş yeri Suriya millisindən ötən il ayrılan Ştange marifləndirici mühazirə vermək üçün Azərbaycan və Belarusdan dəvət aldığını, lakin səfərinin baş tutmadığını söyləyib: "Əslində bu günlərdə Azərbaycanda olmalı, mühazirə verməli idim. Lakin koronavirus xəstəliyinin yayılması səbəbindən səfərim təxirə salındı. Mən mütəxəssislərin evdə qalmaqla bağlı göstərişlərinə ciddi əməl edirəm".
Son 10 ildə Belarus, Sinqapur, Suriya kimi yığmaları çalışdırmış Ştange məşqçiliyə qayıdacağını da istisna etməyib. O, Kiprin bir klubundan təklif aldığını vurğulayıb.
Bernd Ştange: "Koronavirusa görə Azərbaycana gedə bilmirəm"
31 mart 2020 11:24 (UTC +04:00)
Futbol
“Real Madrid” 36-cı dəfə "La Liga" çempionu olub
23:04
4 may 2024
Futbol üzrə Avropa çempionatına komandalar 26 oyunçu ilə qatıla biləcəklər
21:05
3 may 2024
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib
01:16
3 may 2024
UEFA Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub edib
01:04
3 may 2024