"Beşiktaş" Türkiyə kubokunda yarımfinala yüksəlib

"Beşiktaş"  Türkiyə kubokunda yarımfinala yüksəlib
# 12 fevral 2021 00:25 (UTC +04:00)

Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, mərhələnin son oyun günündə 2 matç keçirilib.

Səfərdə “Sivasspor”la qarşılaşan “Antalyaspor” bir qolla qalib gəlib. Yarımfinalda Antalya təmsilçisi ev görüşündə “Alanyaspor”la üz-üzə gələcək.

“Beşiktaş” “Konyaspor”un qonağı olub. Görüşün qalibini penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan "Beşiktaş" növbəti raundda “Başakşəhər”i qəbul edəcək.

Qeyd edək ki, yarımfinal oyunları martın 16-18-də keçiriləcək.

Türkiyə kuboku
1/4 final
11 fevral
“Sivasspor” – “Antalyaspor” – 0:1
Fredi, 62 (pen.)
“Konyaspor” – “Beşiktaş” – 1:1, pen. 2:3
Bardakçı, 18 – Özyakup, 13

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR