"Bornmut"un futbolçusundan koronavirus aşkarlanıb

"Bornmut"un futbolçusundan koronavirus aşkarlanıb
# 24 may 2020 14:42 (UTC +04:00)

İngiltərə Premyer Liqasında çıxış edən daha bir futbolçuda koronavirus xəstəliyi aşkarlanıb.

Apasport.az xəbər verir ki, "Bornmut" klubu bir oyunçusunun bu virusa yoluxduğunu açıqlayıb.

Komandadan götürülən ikinci testin bir oyunçuda müsbət nəticə verdiyi müəyyənləşib. Adı açıqlanmayan həmin oyunçu bir həftə təcrid vəziyyətində qalacaq, ardından növbəti dəfə testdən keçiriləcək.

Qeyd edək ki, İngiltərə çempionatı mart ayında - XXIX turdan sonra dayandırılıb. Premyer Liqa rəhbərliyi iyunun 12-də liqanın bərpasını planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR