“Borussiya” Əmrə Canın keçidini razılaşdırıb

“Borussiya” Əmrə Canın keçidini razılaşdırıb
# 28 yanvar 2020 00:05 (UTC +04:00)

Almaniya millisinin türk əsilli futbolçusu Əmrə Can karyerasını vətənində davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sı 26 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılıq əldə edib.

Almaniya Bundesliqasının iddialısı Əmrə Can üçün İtaliya “Yuventus”una 23 milyon avro ödəyəcək. Futbolçu ilə müqavilə isə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, yarımmüdafiəçi 2018-ci ilin yayında İngiltərə “Liverpul”undan “Yuventus”a azad agent kimi keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR