Çempionlar Liqasında səbətlər bəlli olub

 Çempionlar Liqasında səbətlər bəlli olub
# 10 dekabr 2020 02:03 (UTC +04:00)

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması dekabrın 14-də keçiriləcək.

Apasport.az saytının məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq.

Püşkatmada iştirak edəcək 16 komanda iki səbətə bölünəcək. Qrup mərhələsinin 8 qalibi səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlər sırasında yer alacaq.

Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparan komandalar üz-üzə gələ bilməyəcək. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu evdə keçirəcək.

Səpələnmişlər
“Bavariya” (Almaniya)
“Mançester Siti” (İngiltərə)
“Liverpul” (İngiltərə)
“Çelsi” (İngiltərə)
“Borussiya” (Dortmund, Almaniya)
“Yuventus” (İtaliya)
PSJ (Fransa)
“Real” (İspaniya)

Səpələnməmişlər
“Porto” (Portuqaliya)
“Atalanta” (İtaliya)
“Sevilya” (İspaniya)
“Latsio” (İtaliya)
“Barselona” (İspaniya)
“Leypsiq” (Almaniya)
“Atletiko” (İspaniya)
“Borussiya” (Mönhenqladbax, Almaniya)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab görüşləri martın 9-10-da və 16-17-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR