Çiro İmmobile “Qızıl buts” qazanıb və A seriyasının rekordunu təkrarlayıb

Çiro İmmobile “Qızıl buts” qazanıb və A seriyasının rekordunu təkrarlayıb
  • Clock-gray 01:00
  • calendar-gray 02 Avqust 2020

“Latsio”nun futbolçusu Çiro İmmobile İtaliya A seriyasının XXXVIII turunun “Napoli” ilə oyununda (1:3) fərqlənərək mövsümdə 36-cı qolunu vurub.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı italiyalı bununla da A seriyasının rekordunu təkrarlayıb.

Bunadək yalnız Qonzalo İquayn 36 qol vurub. Argentinalı 2015/16 mövsümündə “Napoli”nin heyətində bunu bacarıb.

İmmobile A seriyasının tarixinə düşməklə yanaşı, Avropa çempionatlarının ən məhsuldar futbolçusuna verilən “Qızıl buts”a yiyələnib. 36 qol vuran forvard 72 xalla ən yaxın izləyiciləri Robert Levandovski (“Bavariya”, 34 qol, 68 xal) və Kriştiano Ronaldonu (“Yuventus”, 31 qol, 62 xal) arxada qoyub.

ApaSport

Digər xəbərlər