Dominik Soboslai Bundesliqa klubu ilə anlaşıb

Dominik Soboslai Bundesliqa klubu ilə anlaşıb
# 11 dekabr 2020 17:33 (UTC +04:00)

Avstriyanın “Zalsburq” klubunun futbolçusu Dominik Soboslainin karyerasını davam etdirəcəyi komanda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Avropa nəhənglərinin də heyətində görmək istədiyi macarıstanlı yarımmüdafiəçi Bundesliqada oynamağa üstünlük verib.

Dominik Almaniya “Leypsiq”i ilə anlaşıb. 20 yaşlı futbolçunun keçidi yeni il ərəfəsində rəsmən açıqlanacaq. Bu transfer 25 milyon avroya reallaşacaq.

Qeyd edək ki, Soboslai cari mövsüm “Zalsburq”da 19 oyunda 8 qol vurub və 9 assistə imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR