Dünyanın ən bahalı futbolçularının siyahısını açıqlanıb

Dünyanın ən bahalı futbolçularının siyahısını açıqlanıb
# 06 yanvar 2021 11:19 (UTC +04:00)

CİES futbol observatoriyası dünyanın ən bahalı futbolçularının siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, mərkəzin araşdırmalarına əsasən transfer qiyməti ən yüksək olan futbolçu Markus Reşforddur.

“Mançester Yunayted”in hücumçusunun dəyəri 165,6 milyon avro qiymətləndirilir. Dortmund “Borussiya”sının forvardı Erlinq Halandın qiyməti 152 milyon avroyadır.

O, “Liverpul”un müdafiəçisi Trent Aleksader-Arnoldu cəmi 400 min qabaqlayıb. “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşin dəyəri 151,1 milyondur.

İlk “beşliy”i Killian Mbappe qapayır. PSJ-nin ulduzunun transfer qiyməti 149,4 milyona bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR