İngiltərə Premyer Liqası klubları minimum 342 milyon avro itərəcəklər

İngiltərə Premyer Liqası klubları minimum 342 milyon avro itərəcəklər
# 12 may 2020 11:17 (UTC +04:00)

Koronavirus pandemiyasının İngiltərə Premyer Liqa klublarına vurduğu maddi ziyanın məbləği açıqlanıb.

Apasport.az saytının məlumatına görə, virus səbəbindən dayandırılan Premyer Liqada klublar ən azı 342 milyon avro itirəcəklər.

Mövsüm hətta bərpa olunsa belə, ən az zərər məhz bu qədər olacaq. Klublara dəyən ziyanın məbləği 400 milyon avroya qədər çata bilər. Bu itki, xüsusən də, teleyayıma görə olacaq. Çünki yayım hüququna malik olan şirkətlə əməkdaşlığa xitam verilib və klublar həmin firmaya pul qaytarmalıdırlar.

Premyer Liqada mövsüm bərpa olunmasa, elita klubları teleyayım şirkətinə 911 milyon avro qaytarmalı olacaqlar.

Qeyd edək ki, İngiltərə çempionatının iyunun əvvəllərində bərpa olunması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR