İngiltərə Premyer Liqasında mövsümün ən zəif qapıçısı məlum olub

İngiltərə Premyer Liqasında mövsümün ən zəif qapıçısı məlum olub
  • Clock-gray 23:11
  • calendar-gray 23 İyul 2020

"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa İngiltərə Premyer Liqasında mövsümün ən zəif qolkiperi seçilib.

Apasport.az xəbər verir ki, bu barədə "Opta" araşdırma aparıb.

Məlum olub ki, geridə qalan 37 tur ərzində Kepanın qoruduğu çərçivəyə 97 zərbə vurulub. Premyer Liqada qapıçı bu qədər zərbə müqabilində normalda 32,4 qol buraxmalıdır ki, ispaniyalıda bu rəqəm 43 olub. Bu isə bütün qapıçılar arasında ən pis göstəricidir. 
​​​​​​​
Qeyd edək ki, "Çelsi" Premyer Liqada 63 xalla 4-cü pillədə qərarlaşır.

ApaSport

Digər xəbərlər