İngiltərə Premyer Liqasının başlayacağı tarix açıqlanıb

İngiltərə Premyer Liqasının başlayacağı tarix açıqlanıb
# 25 aprel 2020 23:43 (UTC +04:00)

İngiltərə Premyer Liqasının koronavirus pandemiyası ilə bağlı yaranan fasilədən sonrakı bərpa tarixi müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, çempionatın oynanılmayan hissəsi iyunun 8-də başlayacaq.

Bildirilir ki, bütün görüşlər azarkeşsiz keçiriləcək. Hər matçda maksimum 400 nəfər iştirak edəcək. Bunlar klub, federasiya, liqa və media nümayəndələri olacaq. Oyunlar başlamazdan isə klublar futbolçularını koronavirus testindən keçirəcək.

Mövsüm iyulun 27-də başa çatdırılacaq. Yeni mövsümün startı isə avqustun 22-nə planlaşdırılır.

Qeyd edək ki, Premyer Liqada mövsümün bitməsi üçün 92 oyun keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR