İngiltərə qələbə qazanıb, Belçika qalib gələ bilməyib

İngiltərə qələbə qazanıb, Belçika qalib gələ bilməyib
# 09 oktyabr 2020 00:54 (UTC +04:00)

Milli komandaların iştirakı ilə yoldaşlıq oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, daha 5 qarşılaşma baş tutub.

Asiyalıların duelində İran Özbəkistan üzərində səfər qələbəsi qazanıb. Afrika təmsilçiləri CAR və Namibiya qalibi müəyyənləşdirə bilməyib.

İki görüşdə Avropa yığmaların münasibətlərini aydınlaşdırıb. İsveç səfərdə Rusiyaya, İngiltərə doğma meydanda Uelsə qalib gəlib.

Bir matçda iki fərqli qitə təmsilçisi görüşüb. Belçika Fil Dişi Sahili ilə görüşüb. Hərəyə bir qol vuran komandalar sülhlə ayrılıb.

Yoldaşlıq oyunları
8 oktyabr

17:00. Toqo - Liviya – ləğv edilib
17:00. Özbəkistan - İran - 1:2

Şomurodov, 53 - Azmun, 44, Taremi, 51 (pen.)
20:15. Rusiya - İsveç - 1:2
Sobolev, 90+2 - İsak, 21, Yohansson, 73
21:00. CAR - Namibiya - 1:1
Sinq, 18 - Limbomdi, 55
22:45. Belçika – Fil Dişi Sahili - 1:1
Batşuayi, 53 - Kessie, 86
23:00. İngiltərə - Uels - 3:0
Kalvet-Levin, 26, Koudi, 53, İnqs, 63

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR