"İnter" sərxoş futbolçusunu cərimələyib

"İnter" sərxoş futbolçusunu cərimələyib
# 13 iyul 2020 17:52 (UTC +04:00)

"İnter" yarımmüdafiəçisi Marselo Brozoviçi cərimələyib.

Apasport.az saytının məlumatına görə, buna səbəb 28 yaşlı futbolçunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi olub.

Polis tərəfindən saxlanılan Xorvatiya millisinin üzvünün sürücülük vəsiqəsi də itib. "Neradzurra" bu davranışına görə, onu 100 min avro məbləğində cərimələyib. Ancaq məşqçilər korpusu futbolçunu əvəzedici heyətə göndərmək cəzasının artıq olduğunu hesab edib.

Qeyd edək ki, Marselo Brozoviç 2015-ci ildən "İnter"in formasını geyinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR