İspaniya kubokunda “Barselona”nın rəqibi bəlli olub

İspaniya kubokunda “Barselona”nın rəqibi bəlli olub
# 29 yanvar 2021 16:47 (UTC +04:00)

İspaniya kubokunun 1/4 final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, 1/8 final səddini adlayan komandalar dörd cütlük təşkil edib.

“Barselona” səfərdə “Qranada” ilə qarşılaşacaq. “Betis” “Atletik”i, “Levante” “Vilyarreal”ı, “Almeriya” “Sevilya”nı qəbul edəcək.

1/4 final oyunları fevralın 2-4-də keçiriləcək. Yarımfinalda isə cütlər iki dəfə - fevralın 9-10-da və martın 2-3-də üz-üzə gələcək.

Qeyd edək ki, İspaniya kubokunda 2019/20 mövsümünün final oyunu aprelin 3-də “Resl Sosyedad” və “Atletik” arasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR