İtaliya Futbol Federasiyasının prezidenti: “Pley-off keçirmək ideyasından imtina etməmişik”

İtaliya Futbol Federasiyasının prezidenti: “Pley-off keçirmək ideyasından imtina etməmişik”
# 16 may 2020 11:13 (UTC +04:00)

“Bizim çəkindiyimiz müəyyən məqamlar var. Bir nəfərin yoluxması üzündən bütün komandanın karantinə yollanması ilə bağlı qayda daha çox qorxudur”.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina deyib.

O bildirib ki, koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan A seriyasının bərpası üçün müxtəlif variantlar nəzərdən keçirilir: “Biz bu məsələyə ciddi və diqqətli yanaşacağıq. Gərgin münasibətlərdən qaçmalıyıq ki, bu, çempionatın bərpasına mane olmasın. Pley-off keçirmək ideyasından imtina etməmişik. Bütün variantları nəzərdən keçiririk və hamısına hazır olmalıyıq. Belə ehtimal var ki, A seriyası iyunun 13-də sıx qrafiklə bərpa olunsun. Buna baxmayaraq, pley-off da daxil olmaqla hər şeyə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR