Klas-Yan Huntelar karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Klas-Yan Huntelar karyerasını bitirəcəyi vaxtı açıqlayıb
# 13 dekabr 2020 13:02 (UTC +04:00)

Niderlandın “Ayaks” klubunun futbolçusu Klas-Yan Huntelar karyerasını bitirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, bunu 37 yaşlı hücumçunun özü açıqlayıb.

O bildirib ki, mövsümün sonunda futbolçu karyerasını bitirəcək. Vaxtilə “Real”, “Milan”, “Şalke” kimi klublarda, həmçinin Niderland yığmasında oynamış forvard karyerası ərzində 400-dən çox qol vurub. Huntelar gələcəkdə məşqçi olacağını da vurğulayıb.

Qeyd edək ki, veteran hücumçu cari mövsümün 8 oyununda 3 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR