Kriştiano Ronaldonun yerə çırpdığı kapitan sarğısı hərraca çıxarılıb

Kriştiano Ronaldonun yerə çırpdığı kapitan sarğısı hərraca çıxarılıb
  • Clock-gray 16:00
  • calendar-gray 30 Mart 2021

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun Serbiya ilə DÇ-2022-nin seçmə oyununda yerə çırpdığı kapitan sarğısı hərraca çıxarılıb.

Apasport.az saytının məlumatına görə, sayılmayan qoluna etiraz edən ulduz hücumçunun sarğısı xeyriyyə auksionunda satılacaq.

Görüşdən sonra yerdə qalan kapitanlıq rəmzini stadionun əməkdaşlarından biri götürüb. O da “Limundo” vasitəsilə hərraca çıxarmağa üstünlük verib.

Satışdan əldə olunan vəsait Kraquevats şəhərindən olan altı aylıq körpə Qavrilo Curceviçin müalicəsinə ayrılacaq. Uşaq bel əzələlərinin atrofiyasından əziyyət çəkir. Hazırda sarğının auksiondakı qiyməti 3 min avronu keçib.

Qeyd edək ki, Serbiya – Portuqaliya matçı 2:2 hesabı ilə başa çatıb.

ApaSport

Digər xəbərlər