Kriştianu Ronaldo 1000-ci oyunu keçirib, 725-ci qolunu vurub

Kriştianu Ronaldo 1000-ci oyunu keçirib, 725-ci qolunu vurub
  • Clock-gray 00:00
  • calendar-gray 23 Fevral 2020

İtaliya A seriyasının XXV turunda "Spal"la səfər oyunu "Yuventus"un hücumçusu Kriştianu Ronaldonun yubileyi ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz peşəkar karyerası ərzində 1000-ci oyununa çıxıb.

2002-ci ildən bəri "Sportinq", "Mançester Yunayted", "Real", "Yuventus" və Portuqaliya millisinin formasını geyinən 35 yaşlı futbolçu 1000-ci qarşılaşmasını qolla qeyd edib. "Spal"ın qapısından ilk topu keçirən Ronaldo karyerasında 725-ci qolunu vurub.

Bundan başqa, A seriyasında ardıcıl 11-ci matçda fərqlənən Ronaldo İtaliya çempionatında bu göstəriciyə imza atan üçüncü oyunçu olub. Ona qədər Qabriel Batistuta ("Fiorentina" - 1994-95) və Fabio Kvalyarella ("Sampdoriya" - 2018-19) ardıcıl 11 görüşdə qol vurub.

Kriştianu, eyni zamanda İtaliya çempionatında ən çox qol vuran portuqaliyalı futbolçu ünvanına sahib Rui Koştaya çatıb. "Milan" və "Fiorentina"nın heyətində 339 görüşdə 52 dəfə fərqlənən Koştaya çatmaq üçün CR7-yə 52 matç kifayət edib.

Qeyd edək ki, "Yuventus"un "Spal" üzərində 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada fərqlənən Ronaldo A seriyasında cari mövsümdəki qollarının sayını 21-ə yüksəldib.

Klubları

İllər

Oyun sayı

Qol sayı

Sportinq

2002-2003

33

5

Mançester Y.

2003-2009

292

118

Real

2009-2018

438

450

Yuventus

2018-...

73

53

Portuqaliya

2003-...

164

99

Cəmi

 

1000

725

 

ApaSport

Digər xəbərlər

Arxiv

date