La Liqanın bərpası ilə bağlı yeni qərarlar verilib

La Liqanın bərpası ilə bağlı yeni qərarlar verilib
  • Clock-gray 12:45
  • calendar-gray 28 May 2020

Koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqasının bərpasına hazırlıqlar davam etdirilir.

Apasport.az saytının məlumatına görə, yerli futbol federasiyası çempionatın qalan hissəsi ilə bağlı yeni qərarlar verib.

Bunlardan biri hər gün oyunun keçirilməsi yönündədir. Məsələ burasındadır ki, təşkilatçılar bir turun oyunlarının 3-4 gün ərzində baş tutmasını planlaşdırır. Digər qərar isə oyunların başlama saatı ilə əlaqədardır. Yay aylarında havanın isti olacağını nəzərə alan La Liqa rəhbərliyi hökumətin də məsləhəti ilə matçların yerli vaxtla 19:30-dan tez keçirilməməsini istəyir.

Qeyd edək ki, XXVII turdan sonra dayandırılan La Liqanın iyunun 11-də bərpa olunması planlaşdırılır.

ApaSport

Digər xəbərlər