Lionel Messi “İnter”ə keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Lionel Messi “İnter”ə keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
  • Clock-gray 01:02
  • calendar-gray 10 Aprel 2020

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi İtaliya təmsilçisi “İnter”ə keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu öz instaqram səhifəsində bunun həqiqətə uyğun olmadığını aşıqlayıb.

Messi nəinki “İnter”, hətta doğma “Nyuells Old Boyz” klubuna keçidi barədə xəbəri da təkzib edib: “Bu yalan xəbərdir. Eyni şey “Nyuells Old Boyz”la bağlı informasiyaya da aiddir. Bu həqiqət deyil. Yaxşı ki, onlara heç kim inanmır”.

Qeyd edək ki, “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq Messi 2005-ci ildən bu klubun şərəfini qoruyur.

ApaSport

Digər xəbərlər