“Liverpul” 35 milyonluq təklif hazırlayır

“Liverpul” 35 milyonluq təklif hazırlayır
# 13 aprel 2020 15:42 (UTC +04:00)

İngiltərənin “Liverpul” klubunun mövsümlərarası fasilədə heyətinə qatmaq istədiyi futbolçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Fransa gənclər millisinin üzvü Bubakari Sumareni heyətinə qatmaq niyyətindədir.

Mersisaydlılar “Lill”də çıxış edən 21 yaşlı yarımmüdafiəçi üçün 35 milyon funt sterlinq ödəməyə hazırdır. Lakin Sumareni digər İngiltərə klubları da heyətində görmək istəyir. Bunlar “Mançester Yunayted”lə “Nyukasl Yunayted” komandalarıdır.

Qeyd edək ki, PSJ-nin akademiyasının yetirməsi olan yarımmüdafiəçi 2017-ci ildən “Lill”in şərəfini qoruyur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR