“Liverpul” portuqaliyalı futbolçunun transferini razılaşdırıb

“Liverpul” portuqaliyalı futbolçunun transferini razılaşdırıb
  • Clock-gray 15:30
  • calendar-gray 22 Dekabr 2020

Portuqaliya millisinin futbolçusu Renatu Sançeş karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, “Liverpul” yarımmüdafiəçinin transferi ilə bağlı olun çıxış etdiyi Fransa “Lill”i ilə anlaşıb.

Premyer Liqa təmsilçisi futbolçu üçün 18 milyon funt sterlinq ödənilməsini razılaşdırıb. Portuqaliyalının “Lill”ə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Sançeşi digər İngiltərə klubu “Vulverhempton” da transfer etmək niyyətində idi.

ApaSport

Digər xəbərlər