“Liverpul”un yeni transferi koronavirusa yoluxub

“Liverpul”un yeni transferi koronavirusa yoluxub
# 29 sentyabr 2020 22:13 (UTC +04:00)

İngiltərənin “Liverpul” klubunun futbolçusu Tyaqo Alkantara koronavirus infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, İspaniya millisinin yarımmüdafiəçisindən götürülən testin nəticəsi pozitiv çıxıb. 29 yaşlı oyunçu artıq özünü təcrid edib və həkim nəzarəti altında müayinə olunur.

Qeyd edək ki, Tyaqo Alkantara “Liverpul”a bir neçə gün əvvəl Almaniya çempionu “Bavariya”dan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR