"Mançester Yunayted" Odion İqalo ilə icarə müddətini uzadıb

"Mançester Yunayted" Odion İqalo ilə icarə müddətini uzadıb
# 01 iyun 2020 14:57 (UTC +04:00)

Hücumçu Odion İqalo karyerasını İngiltərənin “Mançester Yunayted” klubunda davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, Çinin “Şanxay Şenxua” klubuna məxsus 30 yaşlı nigeriyalının icarə müddəti uzadılıb.

Forvard 2021-ci il yanvarın 31-dək Premyer Liqa təmsilçisində çıxış edəcək. 2020-ci ilin yanvarında mayın 31-dək icarəyə götürülən hücumçu üçün 3 milyon funt sterlinq ödənmişdi. İqalo isə həftədə 130 min qazanırdı.

Qeyd edək ki, Odion Mançester təmsilçisində keçirdiyi 8 matçda 4 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR